Şirkət haqqında

Ceylan iyirmi ildən artıqdır ki, distribusiya və lojistik xidmətləri göstərən Azərbaycanın aparıcı şirkətidir.

Bizim şirkətimiz 1997-ci ildə quruldu və həmin ildən etibarən “Mars” şirkətinin Azərbaycandakı ilk distribyutoru olmuşdur. Bu əməkdaşlıq 20 ildən çox davam etmişdir. İndi Ceylan portfelində tanış ola biləcəyiniz 10-dan çox Avropa markası var. Onlarla burda tanış ola bilərsiniz( ceylan.az/az/products-/portfolio ).

Baş ofisimiz Bakı şəhərində yerləşir. Şirkətin yeddi əsas regional ofisi var və onlardan Azərbaycanın bütün bölgələrinə çatdırılma həyata keçirilir. Bunlar aşağıdakı şəhərlərdə yerləşir: Bakı, Sumqayıt, Şəki, Xaçmaz, Gəncə, Lənkəran, Sabirabad

Şirkət tarixi boyunca əsas məqsədimiz dəyişməz qalmışdır. Əsas məqsədlərimiz:

  • Distribusiya xidmətlərini yüksək səviyyədə və vaxtı vaxtında həyata keçirmək.
  • Portnyorlarımızla və müştərilərimizlə möhkəm və etibarlı əlaqələr qurmaq.
  • İstehlakçılara ən yaxşı və keyfiyyətli məhsul çeşidlərini münasib qiymətə təqdim etməkdir.

Şirkətin ümumi sahəsi 5 min kvadratmetr olan 7 anbarı var, avtoparkda Mercedes, Huindai, Ford avtomobillər mövcuddur. Anbarların bir hissəsi məhsulların saxlanma şəraitini optimallaşdırmaq üçün soyuducu qurğularla təchiz olunmuşdur, bunun sayəsində şirkət malların saxlanması və pərakəndə şəbəkəyə sonrakı distribusiya üçün hər cür şərait yarada bilər.

 
Ekspeditor və nəzarətçilərdən ibarət satış heyətimiz müştərilərimizin ehtiyac və tələblərini vaxtında və keyfiyyətlə ödəmək üçün müasir texnologiyalardan məharətlə istifadə edir.